Kartdan külli miqdarda pul oğurlayan qadın tutuldu
10 may 2024 13:59 (UTC +04:00)

Kartdan külli miqdarda pul oğurlayan qadın tutuldu

Xırdalan şəhəri ərazisində bir nəfərin itirdiyi mobil telefonunun arxasında olan bank kartından 2200 manatının oğurlanması barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində isə bir nəfər şəxsin bank kartından 416 manatını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Orxan Əsədullayev saxlanılıb. 

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2211
avatar

Oxşar yazılar