Vilayət Eyvazov
13 sentyabr 2021 13:45 (UTC +04:00)

Vilayət Eyvazov

Karantinə görə işdən çıxarılan rəisin yerinə yeni TƏYİNAT

Daxili İşlər Nazirliyində yeni kadr təyinatı olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrilə polis polkovnik-leytenantı Azər Məmmədov Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə rəis təyin edilib.

Qeyd edək ki, həmin şöbənin rəisi, polis polkovnik-leytenantı İltimas Yusifli bu il avqustun əvvəli tutduğu vəzifədən azad edilib. O, rayon ərazisində fəaliyyət göstərən “Extra” və “İnfiniti” klublarında karantin rejimi qaydalarının pozulmasına göz yumduğu üçün vəzifədən kənarlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3456
avatar

Mehman Nəbiyev

Oxşar yazılar