"Kamil Zeynallı zərərçəkmişləri mənə qarşı öyrədir" - MƏHKƏMƏ
01 aprel 2024 16:25 (UTC +04:00)

"Kamil Zeynallı zərərçəkmişləri mənə qarşı öyrədir" - MƏHKƏMƏ

İdmançı Kamil Zeynallı və başqalarına qarşı dələduzluq etməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş kimi Kamil Zeynallı ifadə verib. Kamil Zeynallı təqsirləndirilən şəxsə 20 min manat pul verdiyini deyib: "Emil nə danışırsa, yalan danışır. Camaatı aldadıb, pulunu ələ keçirib. Ona 20 min vermişəm. Ancaq 7 min manatlıq iş görüb. Mənə 13 min manat ziyan dəyib. Ona görə də ondan şikayətçiyəm".

Təqsirləndirilən şəxs isə Kamil Zeynallını tanıdıqdan sonra biznesində çöküş yaşadığını deyib: "Kamil Zeynallı digər zərərçəkmişləri mənə qarşı öyrədir".

Daha sonra məhkəmədə digər zərərçəkmiş şəxslər ifadə verib.

Proses aprelin 22-də davam etdiriləcək.

Qeyd edək ki, Emil Ağayev Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. Onun ev tikintisi ilə məşğul olduğu bildirilir.

İttihamda göstərilib ki, təqsirləndirilən şəxs Emil Ağayev etibardan sui-istifadə edərək Ceyhun Baloğlanovun 58 min manatını, idmançı Kamil Zeynallının 20 min manatını mənimsəyib. Təqsirləndirilən şəxs eyni üsulla Vasif Yusifova qarşı 53 min manatlıq dələduzluq edib. E. Ağayev iş üzrə ümumilikdə 7 nəfərə qarşı 300 min manatlıq dələduzluqda ittiham olunur. O, zərərçəkmişlərə ev tikmək üçün söz versə də, sonradan yığılan məbləği mənimsəyib.

# 2070
avatar

Oxşar yazılar

Körpə yeməkdən sonra qusub öldü

Körpə yeməkdən sonra qusub öldü

2 may 2024 , 11:03
Bakıda kişi kanalizasiya quyusuna  düşüb öldü

Bakıda kişi kanalizasiya quyusuna düşüb öldü

2 may 2024 , 09:57
Azərbaycanda 118 nəfər zəhərləndi, ölənlər var

Azərbaycanda 118 nəfər zəhərləndi, ölənlər var

2 may 2024 , 09:23
Şamaxıda DƏHŞƏT:  kafenin həyətində özünü asdı

Şamaxıda DƏHŞƏT: kafenin həyətində özünü asdı

2 may 2024 , 09:20
Bakıda ev yandı, ölən var

Bakıda ev yandı, ölən var

2 may 2024 , 09:11
Neftçilər prospekti bağlandı

Neftçilər prospekti bağlandı

2 may 2024 , 08:07
Bakıda "Malibu" yük maşınına çırpıldı, yaralı var  - FOTO

Bakıda "Malibu" yük maşınına çırpıldı, yaralı var - FOTO

2 may 2024 , 03:30
Naxçıvanda yol qəzası baş verib, xəsarət alanlar var -FOTO

Naxçıvanda yol qəzası baş verib, xəsarət alanlar var -FOTO

2 may 2024 , 02:22