Permdə sirk yarışmasına gələn 21 uşaq kafedə zəhərlənib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisədən sonra 13 uşaq xəstəxanaya aparılıb. Məlum olub ki, zəhərlənənlərin hamısı yerli oteldə olan kafedə səhər yeməyi və nahar ediblər.
Onlar uşaq həvəskar sirk kollektivlərinin Ümumrusiya festival-müsabiqəsində iştirak ediblər.
Xəstəxanaya yerləşdirilən 13 uşaqda qızdırma və qusma var, həkimlər onlara Norovirus diaqnozu qoyublar.
Rospotrebnadzorun Perm ərazisi üzrə idarəsi öz saytında insidenti təsdiqləyib, lakin zəhərlənənlərin dəqiq sayını açıqlamayıb. Federal xidmət uşaqların yemək yediyi kafedə təftiş barədə məlumat verib. Rospotrebnadzor epidemioloji araşdırma aparır.