“Jiquli” qırmızı işıqda keçib “Kia”ya çırpıldı -FOTO
08 noyabr 2022 00:53 (UTC +04:00)

“Jiquli” qırmızı işıqda keçib “Kia”ya çırpıldı -FOTO

0

Bakının Səbail rayonunda yol qəzası baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Bülbül prospekti və Zərifə Əliyeva küçələrinin kəsişməsində qeydə alınıb. 

Bülbül prospekti ilə hərəkət edən "VAZ-2107" markalı avtomobil qırmızı işıqda keçərək "Kia" markalı avtomobilə çırpılıb.
Hadisə nəticəsində "VAZ-2107"də olan iki nəfər xəsarət alıb. Yaralılara ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. 

Əraziyə polis əməkdaşları cəlb edilib. 

Zərbənin gücündən "VAZ-2107" ciddi deformasiyaya uğrayıb.
Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2351

Oxşar yazılar