İtkin düşən yeniyetmə buradan TAPILDI  -  FOTO   - YENİLƏNİB
20 may 2022 10:29 (UTC +04:00)

İtkin düşən yeniyetmə buradan TAPILDI - FOTO - YENİLƏNİB

Balakəndə itkin düşən yeniyetmə tapılıb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov bildirib. Onun sözlərinə görə, E. Nəbiyev polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon ərazisində tapılaraq, ailəsinə təhvil verilib.

***
19.05.2022

Saat: 18:59

Balakəndə yeniyetmə itkin düşüb.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Katex kəndində baş verib. Kənd sakini 16 yaşlı Nəbiyev Ehtiram Etibar oğlu yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov Lent.az-a bildirib ki, hadisə ilə bağlı Balakən rayon Polis Şöbəsinə müraciət edilib.

Onun sözlərinə görə, E. Nəbiyevin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Ehtiram Nəbiyev

# 4596
avatar

Mehman Nəbiyev

Oxşar yazılar