Samara vilayətində avqustda itkin düşən qadının meyiti Studenets kəndinə gedən yolda zibil qalağının altında tapılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma zamanı itkin düşən qadının evində qan izləri aşkar ediblər. Bundan sonra onun növbə işçisi olan əri yalan detektoru testinə çağırılıb və daha sonra o, meyiti harada basdırdığını dəqiq göstərib.
Müstəntiqlərlə söhbətində kişi bildirib ki, sərxoş vəziyyətdə olan həyat yoldaşı sürüşərək başını bərk vurub. Kişi arvadının aldığı zədədən öldüyünü düşünüb və buna görə də cəsəddən qurtulmaq qərarına gəlib.
Hadisə ilə bağlı cinayət işi açılıb, qadının ölümünün dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.