İt sahibi ilə münaqişə zamanı polisi dişlədi
18 noyabr 2023 09:57 (UTC +04:00)

İt sahibi ilə münaqişə zamanı polisi dişlədi

Voronejdə sahibi ilə münaqişə zamanı it polisə hücum edib.

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, ötən gün şəhərin Sol sahil rayonunda hüquq-mühafizə orqanının əməkdaşı ilə it gəzdirən şəxs arasında münaqişə baş verib. Hadisə şahidlərinin sözlərinə görə, kişinin ev heyvanı polisə hücum edib.

Ev iti dişləyən Daxili İşlər Nazirliyinin əməkdaşı həkimə müraciət edib.

Rayon İstintaq İdarəsinin mətbuat xidməti Taneyev küçəsindəki hadisə ilə bağlı məlumatı təsdiqləyib. Müstəntiqlər artıq hadisə ilə bağlı prosessual araşdırmaya başlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3216
avatar

Oxşar yazılar