Baş Prokurorluq Xaçmazda kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Xaçmaz rayonu ərazisində yerləşən istirahət mərkəzlərinin birində qida zəhərlənməsi ilə əlaqədar 11 nəfər xəstəxanaya müraciət edib,
6 şəxsə ambulator qaydada tibbi yardım göstərilərək evə buraxılıb, 5 nəfərin isə hazırda stasionar qaydada müalicəsi davam etdirilir.
Vəziyyətləri normal qiymətləndirilir.
Hazırda faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə istirahət mərkəzindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib.
***
12:48
Nabrandan qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına saat 05:30 radələrində beş nəfər (3-ü uşaq, 2-si yeniyetmə olmaqla) gətirilib.
Lent.az xəbər verir ki, bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar:
"11:20 radələrində isə daha beş nəfər (2-si yeniyetmə olmaqla) eyni diaqnozla təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir".