Moskva yaxınlığında iki Vyetnam vətəndaşı istidən qorunmaq üçün bir qazmada gizləniblər.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, torpağın çökməsi nəticəsində onların hər ikisi ölüb.
Faciə Ramenski şəhər dairəsundə baş verib. Dünyasını dəyişən qadınların 45 və 47 yaşı olub.
Qeyd edək ki, bu gün Moskvada rekord istilik (32,9 dərəcə) qeydə alınıb.
Rusiya paytaxtında sonuncu dəfə rekord temperatur 1917-ci ildə (31,8 dərəcə) olub.