İsmayıllıda "Jiquli" qadını vurub öldürdü
26 iyul 2025 12:00 (UTC +04:00)

İsmayıllıda "Jiquli" qadını vurub öldürdü

İsmayıllıda avtomobil piyadanı vurub.

Lent.az xəbər verir ki, hadisə iyulun 25-də saat 13 radələrində Hacıhətəmli kəndi ərazisində baş verib. Arif Hüseynov idarə etdiyi “VAZ-2106” markalı avtomobil ilə yolu keçən piyada 55 yaşlı Göyçək Vahidovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 408

Oxşar yazılar