İsmayıllı rayonunda intihar hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 16 radələrində rayonun Talıstan kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 24 yaşlı Musayev Məhəmməd Mütəllim oğlu yaşadığı evdə ov tüfəngindən özünə atəş açıb. Başından güllə yarası alan Məhəmməd Musayev hadisə yerində dünyasını dəyişib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub. 24 yaşlı oğlanın özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.