İsmayıllıda oğul atasını bıçaqlayıb.
Lent.az xəbər verir ki, hadisə rayonun Talıstan kəndində baş verib.
31 yaşlı Kənan Əzizov atası 57 yaşlı Bəhlul Əzizovun qarın və boğaz nahiyəsindən bıçaqlayıb.
Kənan Əzizov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.