Fidan 11 nəfərin pulunu necə mənimsədi? - POLİSDƏN ƏMƏLİYYAT
17 iyun 2025 10:47 (UTC +04:00)

Fidan 11 nəfərin pulunu necə mənimsədi? - POLİSDƏN ƏMƏLİYYAT

Dövlət qurumunda işə düzəltmək adı altında dələduzluq edən şəxs məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən 33 yaşlı Fidan Məmmədova saxlanılıb.

Belə ki, o, ayrı-ayrı vaxtlarda 11 vətəndaşı dövlət qurumlarına müxtəlif vəzifələrə işə düzəltmək vədi ilə aldadaraq 42 min manata yaxın pul vəsaitini ələ keçirib.

Faktla bağlı Sumqayıt ŞPİ-də cinayət işi başlanılıb, hazırda cinayət işi üzrə araşdırma davam etdirilir.

F.Məmmədovanın analoji əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1284

Oxşar yazılar