İşçiləri istismar edən   sahibkara cinayət işi açıldı
15 noyabr 2022 17:41 (UTC +04:00)

İşçiləri istismar edən sahibkara cinayət işi açıldı

“İlkin” kəndli (fermer) təsərrüfatının təsisçisi Sadıx Əzimov tərəfindən xeyli sayda işçinin əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi barədə daxil olmuş müraciət əsasında araşdırma aparılıb.

Astara rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırmalarla Sadıx Əzimovun 15 nəfər şəxsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən çay bağlarında fəhlə kimi işlərin yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda  Cinayət Məcəlləsinin 162-1.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfərdən artıq şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

# 1584
avatar

Oxşar yazılar