İranın Xoy şəhəri yaxınlığında 4,5 bal gücündə daha bir zəlzələ olub.
Lent.az APA-ya istinadən xəbər verir ki, zəlzələ saat 18:41-də, yerin 5 kilometr dərinliyində qeydə alınıb.
Təbii hadisə Naxçıvan şəhərində də hiss edilib.
Zəlzələ təxminən 8-10 saniyə davam edib.