Sərhəddə saxlanılanlar
17 sentyabr 2022 13:00 (UTC +04:00)

Sərhəddə saxlanılanlar

İrana qaçmaq istəyən əcnəbilər sərhəddə saxlanıldılar

Azərbaycan-İran sərhədində pozuntu aşkar edilib.

Dövlət Sərhəd Xid­mətindən Lent.az-a verilən xəbərə görə, sentyabrın 15-də saat 8:50-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun birinci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq Azərbaycandan İrana keçmə­yə cəhd edərkən 4 nəfər Şri-Lanka vətəndaşları, 20 yaşlı İnthirakumar Dishanth, 41 yaşlı Seevarathnam Vijayakumar, 29 yaşlı Ukenthiran Sayanthan və 23 yaşlı Ramachandran Thilakshan sərhəd pozucusu qismində saxlanılıblar.

Saxlanılan şəxslərdən üçünün rəsmi qaydada Qətərdən Doha-Bakı reysi ilə birinin isə Birləşmiş Ərəb Əmirliklərindən Dubay-Bakı reysi ilə Azərbay­cana gəlmələri müəyyən olunub. Araşdırma zamanı Şri-Lanka vətəndaşlarının dövlət sərhədini pozaraq Azərbaycandan İrana, oradan isə Türkiyəyə keçməklə, Avropa olkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyənləşdirilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1626
avatar

Aytəkin Cəlali

Oxşar yazılar