İran casusuna AĞIR CƏZA 
11 avqust 2023 11:10 (UTC +04:00)

İran casusuna AĞIR CƏZA 

Lənkəran Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Bəxtiyar Ağazadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Bəxtiyar Ağazadə dini təhsil almaq üçün İran İslam Respublikasına olarkən orada həmin ölkənin xüsusi xidmət orqanının nümayəndələri ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa başlayıb, onların tapşırığı ilə xarici dövlətlərin Azərbaycanda fəaliyyət göstərən nümayəndəlikləri, ölkədə baş verən ictimai-siyasi proseslər, hərbi hissələr, onların yerləşdiyi yerlər və təyinatları, o cümlədən komanda heyəti barədə əldə etdiyi məlumatları toplayaraq İran xüsusi xidmət orqanına verməklə dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr yaranıb. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilərək həbs edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2466
avatar

Oxşar yazılar