İran Azərbaycanın Yəhudi İcmasının  liderini öldürməyə cəhd edib  - İDDİA
14 yanvar 2025 23:30 (UTC +04:00)

İran Azərbaycanın Yəhudi İcmasının liderini öldürməyə cəhd edib - İDDİA

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti ölkənin yəhudi icmasının yüksək vəzifəli nümayəndəsinə qarşı sui-qəsdin qarşısını alıb.

Lent.az bildirir ki, bu barədə “İsrailin səsi” məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, terror aktını təşkil etməkdə iki nəfər şübhəli bilinir: Azərbaycan vətəndaşı Aqil Aslanov və Gürcüstan vətəndaşı Ceyhun İsmayılov. Onlara qətli törətmək üçün 200 min dollar mükafat təklif edildiyi bildirilir.

Yəhudi icmasındakı mənbələr sui-qəsdin arxasında İranın, xüsusən də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ola biləcəyini iddia edirlər.

Rəsmi şərhlər və istintaqın təfərrüatları hələlik verilməyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1155
avatar

Oxşar yazılar