İntihar edən oğlanın məktubu üzə çıxdı: "Həyat bəlkə də çox gözəldir, amma mən..." - YENİLƏNİB -VİDEO
22 iyun 2021 11:47 (UTC +04:00)

İntihar edən oğlanın məktubu üzə çıxdı: "Həyat bəlkə də çox gözəldir, amma mən..." - YENİLƏNİB-VİDEO

Bakıda "Megafun"un binasından özünü ataraq intihar edən gənc oğlanın məktubu üzə çıxıb.

Lent.az xəbər verir ki, 22 yaşlı E.Məmmədov intihardan öncə məktubunda bu sözləri yazıb:

“Hər şey bura qədərmiş. Həyat bəlkə də çox gözəldir, amma mən yaşamağı bacarmadım. Özünüzə yaxşı baxın. Möhkəm olun, mənə görə pis olmayın. 22 il də bəs edər. Ata, mama, qardaşım, sizi çox istəyirəm”.

İntihar edən gəncin məktubu

***

Saat: 11:20

"Megafun"un binasından özünü ataraq intihar edən şəxsin kimliyi bilindi. 

Lent.az-ın əldə etdiyi məlumata görə, araşdırmalar zamanı özünü binadan atan şəxsin 1999-cu il təvəllüdlü Məmmədov Elvin Asəf oğlu olması müəyyən edilib. O, həmin binada yerləşən ofislərdən birində mühasib vəzifəsində çalışıb.

İntiharın səbəbləri hələlik məlum deyil. 

***

saat 10:45

Bir neçə dəqiqə əvvəl Xətai rayonunda, "Megafun"un binasında intihar hadisəsi qeydə alınıb.

Lent.az bildirir ki, intihar edənin şəxsiyyəti hələlik müəyyənləşdirilməyib. Hadisə yerində olan şahidlər müxbirimizə bildirib ki, kişi özünü 15-ci mərtəbədən atıb.

Adıçəkilən bina iş mərkəzi kimi xidmət göstərir. İntihar edən şəxsin burada yerləşən ofislərin birində çalışdığı bildirilir.

Saat 10:18

Bakıda intihar hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə bir neçə dəqiqə əvvəl Xətai rayonunda, "Megafun"un binasında qeydə alınıb. Şəxsiyyəti hələlik müəyyənləşdirilməyən kişi özünü binadan atıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

# 25143
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11
Rüşvət alan polis mayoru  saxlanıldı

Rüşvət alan polis mayoru saxlanıldı

19 aprel 2024 , 15:27
Fermer həyətindən qızıl küpəsi  tapdı

Fermer həyətindən qızıl küpəsi tapdı

19 aprel 2024 , 14:43
Bakıda kişi evində yanaraq öldü

Bakıda kişi evində yanaraq öldü

19 aprel 2024 , 13:04
Bakıda yeniyetmə qız binadan yıxıldı

Bakıda yeniyetmə qız binadan yıxıldı

19 aprel 2024 , 12:02
Hamilə qadınların işə götürülməsi qaydası necədir?  – CAVAB 

Hamilə qadınların işə götürülməsi qaydası necədir? – CAVAB 

19 aprel 2024 , 11:36