İntihar edən əsgərin FOTOSU  - YENİLƏNİB
06 sentyabr 2024 22:44 (UTC +04:00)

İntihar edən əsgərin FOTOSU - YENİLƏNİB

Bu gün intihar edən hərbçimizin fotosu yayılıb.

Lent.az həmin fotonu təqdim edir.

Qeyd edək ki, Vəli Asəf oğlu Abbasov əslən Ağdam rayonundandır. O, 2006-cı ildə Bərdənin İrəvanlı kəndində anadan olub.

Mərhum bu ilin yanvar ayında müddətli hərbi xidmətə yollanıb.

***

Saat 10:34

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Abbasov Vəli Asəf oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub.

Hərbi Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Allah hərbçimizə rəhmət eləsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3141
avatar

Oxşar yazılar