Rusiyanın Xabarovsk vilayətində 17 yaşlı oğlan intihar edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, o, iyulun 16-da bu yoxa çıxıb. Valideynləri onun tapılması üçün polisə müraciət ediblər.
Məlumata görə, yeniyetmə bu il məktəbi bitirib. O, ali təhsil almaq istəsə də, son imtahanlarda lazımi balı toplaya bilməyib.
Abituriyent yenidən imtahan verməyə çalışsa da, yenə də nəticə onu qane etmədi. Nəticədə yeniyetmə iyulun 16-da evdən çıxaraq, itkin düşüb. Xilasedicilər oğlanın meyitini tapıblar.
Məlum olub ki, yeniyetmə evinin yaxınlığındakı hündürmərtəbəli binadan özünü atıb.
Araşdırma aparılır.