İmamoğlunun işinə 6 jurnalist  cəlb olundu - Polis apardı
06 noyabr 2025 13:00 (UTC +04:00)

İmamoğlunun işinə 6 jurnalist cəlb olundu - Polis apardı

0

Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən aparılan İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı korrupsiya istintaqında bu səhər yeni bir məsələnin üzə çıxıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun, həbs edilərək İBB rəhbərliyindən uzaqlaşdırılan Əkrəm İmamoğlunun da daxil olduğu şübhəlilər barəsində “cinayət təşkilatının rəhbəri olmaq”, “cinayət təşkilatına üzv olmaq”, “rüşvət”, “dələduzluq”, “şəxsi məlumatları qanunsuz əldə etmək” və “tenderə müdaxilə etmək” kimi maddələr üzrə apardığı korrupsiya istintaqı davam edir.

Şaban Sevinç, Yavuz Oğhan...

Jurnalistlər Batuhan Çolak, Şaban Sevinç və Yavuz Oğhan İBB-yə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində “Yalan məlumatı açıq şəkildə yaymaq” və “Cinayət təşkilatına yardım etmək” ittihamları ilə ifadə vermələri üçün polis müşayiəti ilə İstanbul Təhlükəsizlik İdarəsinin Mali Cinayətlərlə Mübarizə Şöbəsinə aparılıblar.

Ruşen Çakır, Soner Yalçın və Aslı Aydıntaşbaşın da ifadələrinin alınması üçün İstanbul Baş Prokurorluğu tərəfindən İstanbul Təhlükəsizlik İdarəsinə təlimat göndərildiyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar