Lipetsk vilayətində iki yeniyetmə eyni yerdə - dəmir yolu stansiyasının yaxınlığında 3 gün fərqlə özlərini öldürüblər.
Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, birinci hadisə iyunun 11-də baş verib. 14 yaşlı qızın meyiti Dolqorukovo dəmir yolu stansiyasında aşkarlanıb.
Müstəntiqlər telefonunda “Mavi Balina” qrupunun üzvü olduğunu və "kurator"un tapşırıqlarını yerinə yetirdiyini etiraf etdiyi bir intihar videosu tapıblar. Videoda mərhum intihar dalğasının olacağına dair xəbərdarlıq edib.
Üç gün sonra, iyunun 14-də həmin stansiyada 16 yaşlı yeniyetmə də intihar edib. Onun qızla dostluq etdiyi və intiharının qarşısını ala bilmədiyi üçün özünü günahkar saydığı bildirilir.