İki yaşlı uşaq qaynar suda yandı - EHTİYATSIZLIQ
26 iyun 2021 00:26 (UTC +04:00)

İki yaşlı uşaq qaynar suda yandı - EHTİYATSIZLIQ

0

Balakəndə ehtiyatsızlıqdan iki yaşlı uşaq qaynar suda yanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə iyunun 25-i axşam saatlarında rayonun Sarıbulaq kəndində baş verib. 

2019-cu il təvəllüdlü  Ömər Bəhruz oğlu Mehdiyevin yaşadığı ünvanda  üstünə ehtiyatsızlıqdan qaynar su tökülüb. Bədbəxt hadisə nəticəsində müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alan Ö.Mehdiyev yaxınlarının köməkliyi ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ö.Mehdiyevin müalicəsi  xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir. 
Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1627

Oxşar yazılar