ABŞ-da iki şəxsi təyyarə bir-birindən santimetr məsafədə uçaraq havada toqquşub.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə oktyabrın 25-də Hyuston (Texas) hava limanında baş verib. ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) ilkin məlumatına görə, Hawker H850XP biznes reaktivi nəzarətçinin icazəsi olmadan havaya qalxmağa başlayıb.
Qeyd olunur ki, eyni zamanda Cessna C510 təyyarəsi kəsişən eniş zolağına enib. Nəticədə havaya qalxan təyyarə qanadının ucu ilə enən təyyarənin quyruğuna toxunub.
“Xoşbəxtlikdən, havaya qalxan zaman təyyarədə olanlar üçün zərbə fəlakətli nəticələrə səbəb olmayıb. Pilotlar uçuş hava limanına qayıda və təyyarəni təhlükəsiz yerə endirə biliblər", - məlumatda deyilir.