İki şadlıq sarayı toya görə  8000 ziyan etdi
29 iyul 2021 16:50 (UTC +04:00)

İki şadlıq sarayı toya görə 8000 ziyan etdi

0

Cəlilabadda karantin qaydalarını pozan şadlıq sarayları cərimələnib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan daha 2 toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, aparılan yoxlamalar zamanı “Dostluq” və “Yamal” şadlıq saraylarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi müəyyən olunub.

Həmin obyektlərin sahibləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2103

Oxşar yazılar