Mersinin Tarsus rayonunda 36 yaşlı Çetin Gençay mübahisə etdiyi qadınlardan 25 yaşlı Feriye Gözüala tapança ilə atəş açaraq öldürüb və digər 25 yaşlı Hamiyet G.ni yaralayıb. Gençay da eyni silahla öz həyatına son qoyub.
Lent.az-ın Türkiyə KİV-nə istinadən məlumatına görə, hadisə axşam saatlarında Yeni Məhəllədə baş verib. İddiaya görə, Çetin Gençay naməlum səbəbdən Feriye Gözüala və Hamiyet G. ilə mübahisə edib.
Mübahisə böyüyərkən Gençay əlindəki silahla hər iki qadına atəş açıb.
Gözüala hadisə yerində həyatını itirərkən, Hamiyet G. xəstəxanaya aparılıb.
Hadisə yerindən uzaqlaşan Gençay 100 metr aralıda eyni silahla başına atəş açaraq həyatına son qoyub.
Hadisə ilə bağlı başladılan istintaq davam edir.