Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə iyulun 20-də Abşeron rayon sakinləri O.Cəbrayılova və K.Mirzəyevə bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub.
DİN-dən Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla münaqişə zəminində onlara bıçaqla xəsarət yetirən şəxsin “Ford” markalı avtomobillə hadisə yerini tərk etməsi məlum olub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Rəcəbov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.