Zərdabda karantin qaydalarının pozulduğu toy məclisləri aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Otmanoba və Əlvənd kəndlərində yerləşən fərdi yaşayış evlərində keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.
Qayda pozuntusuna yol vermiş ev sahibləri E.Abdullayeva və V.Abdullayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.