İçərisində 5500 manat, 10200 dollar olan çantanı alıb qaçdı - BAKIDA SOYĞUN
26 iyul 2022 14:32 (UTC +04:00)

İçərisində 5500 manat, 10200 dollar olan çantanı alıb qaçdı - BAKIDA SOYĞUN

İyulun 25-də Bakı Dəmir yolu vağzalının yaxınlığında paytaxt sakini E.Umudova zor tətbiq edən şəxsin içərisində 5500 manat və 10.200 ABŞ dolları olan çantasını soyğunçuluq yolu ilə talayıb qaçması barədə məlumat daxil olub. 

Qurumdan Lent.az-a verilən məlumata görə, Nəqliyyat Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Neftçala şəhər sakini A.Əkbərov müəyyən edilərək saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb. 

Nəqliyyatda Baş Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2919
avatar

Fidan İlqar

Oxşar yazılar