Həmyerlisini qətlə yetirən saxlanıldı
19 iyun 2021 10:05 (UTC +04:00)

Həmyerlisini qətlə yetirən saxlanıldı

0

Şirvanda həmyerlisini bıçaqlayaraq öldürən şəxs saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, iyunun 18-də münaqişə zəminində Şirvan sakini, 1981-ci il təvəllüdlü Babayev Fəxrəddin Veys oğlunu bıçaqlayaraq qətlə yetirən Şirvan sakini, 1991-ci il təvəllüdlü Mirzəyev Xəyyam Mehman oğlu polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şirvan prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1098

Oxşar yazılar