Həbsxanaya narkotik keçirmək üçün GÖRÜN NƏ ETDİ?  - Bakıda-FOTO
27 may 2021 10:30 (UTC +04:00)

Həbsxanaya narkotik keçirmək üçün GÖRÜN NƏ ETDİ? - Bakıda-FOTO

Bakıda həbsxanaya narkotik keçirilməsinə cəhd olunub.

Penitensiar Xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilən və hal-hazırda İxtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan Aslanov Elgün Əli oğluna qohumu Bakı şəhər sakini Süleymanov Cavad Süleyman oğlu tərəfindən gətirilən sovqata baxış keçirilib. Bu zaman orada olan şirniyyatın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdəki 4 ədəd həbdə ümumi çəkisi 0,04 qram olan narkotik maddə - metadon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Həbsxanaya keçirilən şirniyyat və narkotik

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1854
avatar

Mehman Nəbiyev

Oxşar yazılar