Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi Mövlam Şixəliyevin ailə üzvləri məhkəməyə müraciət edib.
Lent.az xəbər verir ki, sabiq idarə rəisinin həyat yoldaşı Aybəniz Şixəliyeva, oğlu Elgün Şixəliyev və qızı Samirə Əliyeva Nərimanov rayon Məhkəməsinə müraciət edərək icra məmurunun hərəkətlərində etiraz ediblər.
Belə ki, Mövlan Şixəliyevin ailə üzvləri üzərilərində həbs edilmiş əmlakların icra məmuru tərəfindən hərraca çıxarılmasından şikayətçidirlər.
Hər üç şəxsin müraciətləri ayrı icraatda Nərimanov rayon Məhkəməsi hakimlərinin icraatına verilib.
İşlərə yaxın günlərdə baxılacaq.
İttihama görə, Mövlam Şixəliyev Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov isə Cinayət Məcəlləsinin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələrlə ittiham olunublar.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şixəliyev 12 il, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 11 il 2 ay, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib.
Hökmə əsasən, Mövlam Şıxəliyevin müsadirə olunan əmlaklar aşağıdakı kimidir:
Mövlam Şıxəliyevin mülkiyyətində olmaqla öz adına rəsmiləşdirilmiş:
- Səbayel rayonu, Nizami küçəsi, ev 78 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (482 min manat)
- Səbayel rayonu, Bülbül prospekti, ev 7, mənzil 39 ünvanında yerləşən 198.1 kv.m sahəsi olan daşınmaz əmlak (770 min 609 manat)
- Səbayel rayonu, Bülbül prospektiev 7 ünvanında yerləşən 35 kv.m. sahəsi olan zirzəmi (35 min 500 manat)
- Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanında yerləşən daşınmaz əmlak (974 min 600 manat)
- Nəsimi rayonu, Nizami küçəsi, ev 78, 6 mənzil ünvanında yerləşən daşınmaz əmlak (214 min manat)
- Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9/25, mənzil 63 ünvanında yerləşən daşınmaz əmlak (31 min 500 manat)
- Binəqədi rayonu, Goradil kəndi, 690A ünvanında yerləşən daşınmaz əmlakı (39 min 528 manat)
Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyevanın adına rəsmiləşdirilmiş:
- Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7a ünvanında yerləşən daşınmaz əmlak (26 min 240 manat)
- Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən 197 kv.m. əmlak (17 min manat)
- Binəqədi rayonu, Novxanı kəndi, 686k ünvanında yerləşən daşınmaz əmlakın (37 min 600 manat)
- Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 21 2ünvanında yerləşən daşınmaz əmlak (400 min manat)
- Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 134a ünvanında yerləşən 403.3 kv.m. sahəsi olan daşınmaz əmlak (1 milyon 452 min manat)
- Səbayel rayonu, Bülbül prospekti, ev 7, mənzil 10 ünvanında yerləşən 137.7 kv.m. sahəsi olan daşınmaz əmlak (535 min 653 manat)
- Səbayel rayonu, Bülbül prospekti, ev 7, mənzil 40 ünvanında yerləşən 137.7 kv.m. sahəsi olan daşınmaz əmlak (738 min 711 manat)
Mövlam Şıxəliyevin qızı Samirə Əliyevanın adına rəsmiləşdirilmiş:
- Bakı şəhəri Səbayel rayonu, Bülbül prospekti, ev 7, mənzil 72 ünvanında yerləşən 167.3 kv. m. sahəsi olan daşınmaz əmlak (650 min 719 manat)
- Binəqədi rayonu, Novxanı kənd, 686 ünvanında yerləşən 214.3 kv.m sahəsi olan daşınmaz əmlak (257 min 172 manat)
- Binəqədi rayonu, Novxanı kəndi, 685V ünvanında yerləşən 1087.7 kv.m. sahəsi olan daşınmaz əmlak (1 milyon 305 min 240 manat)
Generalın oğlu Elgün Şıxəliyevin adına rəsmiləşdirilmiş:
- Səbayel rayonu, Nizami küçəsi, ev 96, mənzil 37 ünvanında yerləşən daşınmaz əmlak (360 min manat)
- Səbayel rayonu, prospekti ev 7 ünvanında yerləşən daşınmaz əmlak (714 min 985 manat)
Əmlakların ümumi dəyəri 7 milyon 738 min 17 manat məbləğində müəyyənləşib.
Hökmə əsasən, Mövlam Şıxəliyev və ailə üzvlərinə məxsus üzərinə həbs qoyulmuş əmlakların əksəriyyəti müsadirə olunub./APA