İranda həbsdə işgəncəyə məruz qalan azərbaycanlı qız intihar edib.
Lent.az xəbər verir ki, bu barədə “Mouze” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, İranın molla rejiminə qarşı keçirilən etiraz aksiyalarında tutulan və həbsxanada işgəncəyə məruz qalan güneyli Yəlda Ağafəzli sərbəst buraxıldıqdan sonra özünü öldürüb.
Əslən Ərdəbildən olan Yəlda qısa müddət əvvəl ev dustaqlığına buraxılmışdı.
Noyabrın 12-də dəfn edilən gəncin ailəsinə basqı edildiyi, yas mərasiminin məhdud və səssiz keçirilməsi barədə xəbərdarlıq olunduğu və mərasimin təhlükəsizlik qüvvələrinin nəzarəti altında təşkil edildiyi qeyd edilir.