Göygöl sakini dəm qazından boğulub.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Nizami küçəsində qeydə alınıb.
16 yaşlı Sevinc Allahverdiyeva yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.