Taylandın Samutprakan əyalətində güclü partlayış və yanğın köpük penoplast istehsal edən zavodu yerlə yeksan edib.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, hadisə zamanı 21 nəfər yaralanıb.
Zavodun ərazisindəki 6 anbarda 50 ton kimyəvi məhsil saxlanılırdı. Partlayışdan sonra bütün zavodu əhatə edən yanğın baş verib.
Hadisə yerinə 30-dan çox yanğınsöndürən maşın cəlb olunub.
Səlahiyyətli şəxslər təkrar partlayış ehtimalı səbəbindən hadisə yerindən beş kilometr radiusda yaşayan və işləyən insanların evakuasiya edilməsini əmr ediblər.