"Paytaxtdakı güclü külək səbəbilə baş verən hadisələrdə insan tələfatı qeydə alınmayıb".
Bu barədə Lent.az-a Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Bildirilib ki, son məlumata görə, Bakıda 58 ağac aşıb:
"Həmin ağaclar mütəxəssislər tərəfindən ərazilərdən götürülüb".