Masallıda yeniyetmə qız itkin düşüb.
Lent.az-ın məlumatına görə, 17 yaşlı Hacıyeva Yeganə Ramin qızı işlədiyi gözəllik salonundan çıxaraq, naməlum istiqamətdə gedib. Bundan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.
Bununla bağlı onun anası X. Hacıyeva rayon Polis Şöbəsinə müraciətində bildirib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ötən gün də Masallıda yeniyetmə qızın itkin düşməsi barədə xəbər vermişdik.