Bakı-Qazax magistral yolunun Göygöldən keçən hissəsində qəza baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan "TIR" markalı yük maşını idarəetmədən çıxaraq dəmir ara kəsməyə çırpılıb.
Qəza zamanı 2 nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdiriliblər.
Xəsarət alanlar 1983-cü il təvəllüdlü Ceyhun Məmmədov və 1973 -cü il təvəllüdlü Vidadi Məmmədovdur.
Faktla bağlı araşdırma aparılır.