Göyçay, Elnur  və həyat yoldaşı Ülviyyə Cavadova, Ülviyyənin qohumları
04 iyul 2021 17:52 (UTC +04:00)

Göyçay, Elnur və həyat yoldaşı Ülviyyə Cavadova, Ülviyyənin qohumları

Göyçay sakini arvadını və özünü niyə güllələyərək öldürüb?-TƏFƏRRÜAT

Göyçay rayonunda dəhşətli qətl və intihar hadisəsi baş verib.

 APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Mallı-Şıxlı kəndində qeydə alınıb.

Kənd sakini, 1975-ci il təvəllüdlü Cavadov Elnur Məsim oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı yaşadığı evin həyətində ov tüfəngindən atəş açaraq həyat yoldaşı, 1985-ci il təvəllüdlü Cavadova Ülviyyə Əliyar qızını güllələyib. Ülviyyə Cavadova boynundan və çənəsinin altından aldığı güllə yarası səbəbindən çoxlu qan itirərək hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən Elnur Cavadov sonra həmin silahla özünün çənəsinin altından bir dəfə atəş açaraq intihar edib. Hər iki valideyn 13 və 14 yaşlı iki oğul övladının gözü qarşısında ölüb.

Ülviyyə Cavadovanın anası Zivər İsrafilova APA-nın yerli bürosuna bildirib ki, qızı ilə qonşu olan Elnur 15 il əvvəl ailə qurub, qızının tibb bacısı diplomu olsa da, həyat yoldaşı heç vaxt onun işləməsinə icazə verməyib: "Kasıb ailə olublar, dolanışıqları çox zəif olub, qızım evdən bayıra çıxan olmayıb, evdar qadın olub, onun ailəsində kasıbçılıqla əlaqədar həmişə söz-söhbət olub. Hadisə baş verən gün eşitdik ki, Elnur həyat yoldaşı Ülviyyəni Göyçay şəhərinə aparıb, ona şirniyyat sexində, özünə isə marketdə iş tapıb. Onlar evə qayıdandan sonra Elnur yoldaşını evin qarşısındakı meyvə bağına aparıb, kolluqda gizlətdiyi başqa adama məxsus ov tüfəngi ilə onu öldürüb. Sonra özü kolluq ərazidə intihar edib".

Ülviyyənin qardaşı Rəşad İsrafilov APA-nın yerli bürosuna bildirib ki, bacısının ailəsi çox kasıb idi, Elnur narkotik aludəçisi olduğu heç yerdə işləmirdi, əsəbləri pozulmuşdu, bacısına görə o, ailəyə həmişə maddi yardım edirdi. Rəşad son bir ildə yeznəsinə hissə-hissə 10 min manata yaxın pul verdiyini bildirib. O, buna baxmayaraq, Elnurun bacısına çox zülm etdiyini, onu bədbəxt elədiyini bildirir, uşaqlarının gözü önündə onu öldürməsini qəbul edə bilmir.

Mərhumun bacısı Səidə Cəbrayılova bildirib ki, hadisə  qısqanclıq və ya namus üstə olmayıb: "Bacımı kənddə hamı namuslu qadın kimi tanıyır, onun adı heç vaxt pis qadın kimi hallanmayıb. Kasıb idi, həyətində toyuq-cücə bəsləyən, əkin-biçinlə məşğul olan zəhmətkeş qadın idi. Onun yoldaşı Elnur isə çox əsəbi, narahat adam idi. Ülviyyə 15 il ailəli olduğu müddətdə ilk dəfə sevinərək mənə zəng edib dedi ki, həyat yoldaşı ilə birgə şəhərdə işləyəcəklər, bundan sonra onların da öz qazancı olacaq, dolanışıqları yaxşılaşacaq, uşaqlar böyüyür, onları oxutmaq üçün pul toplayacaqlar. Onun arzusu ürəyində qaldı. Bacım ölümündən iki saat öncə mənə dedi ki, yoldaşım Elnuru əsəb xəstəliyinə görə müalicə etdirmək üçün qardaşımdan alıb evdə gizlətdiyim 150 manatı Elnur götürərək xərcləyib, sonuncu dəfə buna görə Elnurla Ülviyyə arasında söz-söhbət olub. Bacım mənə zəng edib iş tapdıqlarını deyəndə Elnurun ona işləməyə icazə verməsinə heç inanmadım. Bu gün onlar işə çıxacaqdılar, amma belə dəhşətli ailə faciəsi baş verdi, uşaqlar yetim qaldı"

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8130
avatar

Oxşar yazılar