Goranboyda yük maşını çaya aşdı, sürücü öldü
08 fevral 2025 18:07 (UTC +04:00)

Goranboyda yük maşını çaya aşdı, sürücü öldü

Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Ağcakənd qəsəbəsinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan yük maşını idarəetmədən çıxaraq körpüdən çaya aşıb.

Qəza zamanı sürücü 30 yaşlı Y.Orucov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534

Oxşar yazılar