Goranboyda yanğın  - Xəsarət alanlar var
25 iyun 2021 02:28 (UTC +04:00)

Goranboyda yanğın - Xəsarət alanlar var

Goranboyda baş verən yanğın nəticəsində dörd nəfər tüstüdən zəhərlənib.

APA-nın məlumatına görə, hadisə axşam saatlarında Səfikürd kəndində baş verib.

Ot tayasından başlayan yanğın FHN-in yanğından mühafizə xidməti tərəfindən söndürülərək, onun daha da böyüməsinə imkan verilməyib. Yanğın nəticəsində dörd kənd sakini - 1994-cü il təvəllüdlü Elməddin İsmayılov, 1997-ci il təvəllüdlü Füzuli Hüseynov, 1990-cı il təvəllüdlü Pənah Qasımov və 1997-ci il təvəllüdlü Fərman Aslanov xəstəxanaya çatdırılıb. Vəziyyəti nisbətən ağır olan P.Qasımov reanimasiya şöbəsinə yerləşdirilib.

# 1071
avatar

Oxşar yazılar