Goranboyda qəza: arakəsmə avtomobilin  salonuna girdi
17 may 2022 20:22 (UTC +04:00)

Goranboyda qəza: arakəsmə avtomobilin salonuna girdi

Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Dəlməmmədli şəhəri  ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Toyota Prius"un sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı arakəsməyə çırpılıb. Qəza zamanı sürücü – 1996-cı il təvəllüdlü Hüseynli Toğrul və sərnişin 1990-cı il təvəllüdlü Musayev Nail xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1983
avatar

Oxşar yazılar