Goranboyda döyülmə faktı qeydə alınıb.
Lent.az-ın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhərində baş verib.
1996-cı il təvəllüdlü Aşurova Fəridə Niyaz qızı müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətin kafi olduğu bildirilir.
İlkin məlumata görə, 25 yaşlı qadın qonşusu tərəfindən döyülüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.