Goranboyda 16 yaşlı oğlanın meyiti tapılıb.
Lent.az xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.
Kənd sakini A.Ələkbərovun meyitini ailə üzvləri yaşadığı evin həyətində aşkar ediblər.
Hazırda yeniyetmənin hansı səbəbdən və necə öldüyü araşdırılır.