Goranboyda AĞIR QƏZA:  ölən və yaralanan var
26 avqust 2025 08:09 (UTC +04:00)

Goranboyda AĞIR QƏZA: ölən və yaralanan var

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Goranboy–Naftalan yolunda qeydə alınıb.  

Hərəkətdə olan "Hyundai İX35" markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində maşında olan sərnişin, 1989-cu il təvəllüdlü Aynur Həsənova hadisə yerində dünyasını dəyişib.

Avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Fuad Zeynalov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480

Oxşar yazılar