Gömrük İdarəsində ƏMƏLİYYAT
03 may 2024 13:51 (UTC +04:00)

Gömrük İdarəsində ƏMƏLİYYAT

Bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin müvafiq strukturları tərəfindən Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsi ilə bağlı məlumatlar yayımlanıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumatda bildirilib ki, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən enerji içkiləri və digər məhsulların qaçaqmalçılıq faktı aşkarlanıb, faktla bağlı cinayət işi başlanılıb və istintaq aparılır.

Qeyd edilən məsələ ilə bağlı yayımlanan xəbərlərdə Dövlət Gömrük Komitəsinin məlumatlarına istinad etmək tövsiyə olunur.

# 2097
avatar

Oxşar yazılar