General-polkovnik  xəstəlikdən öldü
01 iyul 2023 18:08 (UTC +04:00)

General-polkovnik xəstəlikdən öldü

0

Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş birinci müavini, general-polkovnik Valeri Manilov vəfat edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, o, uzun sürən xəstəlikdən sonra 84 yaşında dünyasını dəyişib.

Məlumata görə, general-polkovnik son günlərində olduğu P.V.Mandrik adına Mərkəzi Hərbi Klinik Hospitalda vəfat edib. Manilovun dəfn mərasimi iyulun 3-nə planlaşdırılıb. Dəfn mərasimi Moskva vilayətindəki Mıtişidəki hərbi xatirə qəbiristanlığında keçiriləcək.

Valeri Manilov 1939-cu il yanvarın 10-da Ukraynanın Vinnitsa vilayətinin kiçik şəhərciyində anadan olub. O, 1962-ci ildə Odessada Hərbi Akademiyanı bitirdikdən sonra xidmətə başlayıb. Daha sonra 1978-ci ildən SSRİ Müdafiə Nazirliyinin aparatında işləyib. 1993-1996-cı illərdə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsində çalışıb. Artıq 1996-cı ilin sentyabrından 2001-ci ilin iyununa qədər RF Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini vəzifəsində çalışıb. Bundan əlavə, Manilovun Çeçenistandakı federal qüvvələrin hərəkətlərinə informasiya dəstəyi ilə məşğul olduğu da məlumdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5618

Oxşar yazılar