Gəncədə bir nəfərin ölümü, iki nəfərin ağır xəsarət aldığı davanın təfərrüatları məlum olub.
Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, pul üstündə baş verən dava zamanı güllələnən Əli Bayramov ingilis dili müəllimi olub.
Ə. Bayramov 3 uşaq atası idi. Davaya səbəb isə onun qohumları olan iki qardaş - Kamal və Niyazi Bayramovlardan aldığı pulu qaytarmaması olub.
***
21:45
Xəbərə foto əlavə olunub.
***
21.16
Gəncədə kütləvi dava zamanı ölən və xəsarət alanların adları məlum olub.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə zamanı 42 yaşlı Əli Məmmədov qətlə yetirilib.
36 yaşlı Kamal Bayramov və 28 yaşlı Niyazi Bayramov bıçaqlanaraq ağır xəsarət alıblar.
Məlumata görə, qohumlar arasında baş verən davaya pul məsələsi səbəb olub.
Hazırda polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunub. Zəruri əməliyyat-istintaq hərəkətləri yerinə yetirilir.
***
21.05
Gəncədə qətlə yetirilən şəxs "Vinçester" markalı tüfənglə güllələnib.
Lent.az-ın xəbərinə görə, bu barədə APA-nın yerli bürosu məlumat əldə edib.
***
20.55
Gəncədə kütləvi dava olub.
Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə şəhərin Cavad Xan küçəsində qeydə alınıb.
Dava zamanı bir nəfər güllənərək öldürülüb, iki nəfər bıçaqlanıb.
Bıçaqlanan şəxslər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.